Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nın 13 mart 2023-cü il tarixli əmrinə əsasən "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxsin strukturuna daxil olan 9, 12, 13, 15, 18, 22, 28, 31 və 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanaları, Zabrat Müalicə Diaqnostika Mərkəzi, Kürdəxanı Sağlamlıq Mərkəzi və Zirə Müalicə Diaqnostika Mərkəzində stasionar fəaliyyət dayandırılmaqla çarpayı fondunun ləğv edilməsi, yalnız ambulator-poliklinik fəaliyyətinin təmin edilməsi nəzərdə tutulub.
Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, məqsəd ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılması, ambulator-poliklinik fəaliyyətin müasir tələbatlara uyğun şəkildə təşkil olunmasıdır.
Qeyd edək ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-də onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib.
Bundan sonra 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çarpayıların yığışdırılması, xəstəxanada dəyişiklik edilməsi və sağlamlıq mərkəzinə çevrilməsinə dair məlumat var idi.
TƏBİB-dən qeyd edilib ki, 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına baş həkim vəzifəsinə yeni təyinat yoxdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:36 / 06.04.2023
Paytaxtda bu tibb müəssisələrinin fəaliyyəti DAYANDIRILDI
Hazırda oxunan: Paytaxtda bu tibb müəssisələrinin fəaliyyəti DAYANDIRILDI
Hazırda oxunan: Paytaxtda bu tibb müəssisələrinin fəaliyyəti DAYANDIRILDI
129297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.