“Turan Tovuz” yeni futbolçusunu niyə oynada bilmir? – SƏBƏB  

“Turan Tovuz” yeni futbolçusunu niyə oynada bilmir? – SƏBƏB  

Hazırda oxunan: “Turan Tovuz” yeni futbolçusunu niyə oynada bilmir? – SƏBƏB  

129195

"Turan Tovuz"un son transferi olan Roderik Millerlə hələ matrtın 22-də rəsmi müqavilə imzalasa da, onu hələ də sifariş etməyib.  

Bizim.Media xəbər verir ki, Panama millisinin də üzvü olmuş 31 yaşlı müdafiəçinin adı hələ də Tovuz klubunun PFL-dəki iştirak ərizəsində yoxdur. 

Klubdan verilən məlumata görə bunun səbəbi sənədləşmə ilə bağlıdır. Belə ki, yeni legionerin FİFA-dan transfer vərəqi bugünlərdə təsdiqlənib gələndən sonra sifariş məsələsində son nöqtə qoyulacaq.  

Qeyd edək ki, Tovuza gələndən sonra qripə yoluxduğuna görə bir neçə gün özündə narahatlıq hiss edən Miller artıq sağalaraq məşqlərə qoşulub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO