Zaxarova: “KTMT-nin Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi vəziyyətin sabitləşməsinə kömək edəcək”

Zaxarova: “KTMT-nin Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi vəziyyətin sabitləşməsinə kömək edəcək”

Hazırda oxunan: Zaxarova: “KTMT-nin Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi vəziyyətin sabitləşməsinə kömək edəcək”

129160

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının Azərbaycan və Ermənistan sərhədinə göndərilməsi vaxtı İrəvandan asılıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı deyib. 

O, qeyd edib ki, Rusiya belə bir addımın regionda vəziyyətin sabitləşməsinə kömək edəcəyinə əmindir: 

“Belə qərarlar KTMT-də razılaşdırılır və Kollektiv Təhlükəsizlik Şurasının qərarı ilə ən yüksək səviyyədə təsdiqlənir. Vaxta gəlincə, mənə elə gəlir ki, burada da hər şey aydındır, hər şey erməni həmkarlarımızdan asılıdır. Onlar hazır olduqdan sonra biz təşkilatın müşahidə missiyası üzrə əsaslı işə qayıda biləcəyik. Yəni, hazırda top İrəvandadır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO