“Beşmərtəbə” dairəsi avtoxuliqanların məkanına çevrilib - VİDEO

“Beşmərtəbə” dairəsi avtoxuliqanların məkanına çevrilib - VİDEO

Hazırda oxunan: “Beşmərtəbə” dairəsi avtoxuliqanların məkanına çevrilib - VİDEO

128979

“Beşmərtəbə” deyilən dairə avtoxuliqanların məkanına çevrilib. 

Bizim.Media xəbər verir ki, təhlükəli hərəkətlər etmək istəyən daha bir sürücü əraziyə gəlib və məhz orada hərəkət iştirakçıları üçün qəza riski yaradıb.

Həmin görüntülər yayıldıqdan sonra DYP Bakı şəhərində “avtoş”ların məkanına çevrilən əraziləri nəzarətə götürüb.

Görüntüləri izləyən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, belə kadrlar yayılan kimi yol polisi nəzarətə götürür və sürücünü tez bir zamanda aşkar edirlər.

Bənzər hadisə Nəsimi rayonu, Cavadxan küçəsində də olub. 4-cü mikrarayon dairəsi ətrafında axşam saatlarında taksi sürücüsü avtoxuliqanlıq edir. Onun da görüntüləri ərazidəki Təhlükəsiz Şəhər Kameralarına düşüb.

Araz Əsgərli qeyd edib ki, sözügedən ərazidə avtoxuliqanlıq edən sürücüsü Məhyəddin Cəbiyev müəyyən edilərək saxlanıb. Onun barəsində protokol tərtib edilib. Sənədlər toplanaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücüyə 500 manat məbləğində cərimə tətbiq edilib, eləcə də o, bir il müddətinə sürücülük hüququndan məhrum olunub.

Xatırladaq ki, yol polisi paytaxt ərazisində ən çox belə hərəkətlər yol verilən küçə və prospektlərə nəzarəti artırıb.
 

Daha ətraflı Xəzər televiziyasının hazırladığı süjetdə:


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO