Pəhriz saxlamadan da arıqlaya bilərsiniz – Endokrinoloqdan TÖVSİYƏLƏR

Pəhriz saxlamadan da arıqlaya bilərsiniz – Endokrinoloqdan TÖVSİYƏLƏR

Hazırda oxunan: Pəhriz saxlamadan da arıqlaya bilərsiniz – Endokrinoloqdan TÖVSİYƏLƏR

128911

Diyetoloqların sözlərinə görə, hədsiz məhdudiyyətlər olmadan arıqlamağın yolu kalori balansının necə işlədiyini dərk etməkdir. Britaniya diyetoloqları Sara Bokxart və Riannon Lambert “The Sun” nəşrinə müsahibələrində deyiblər ki, arıqlamağın aclıq saxlamaq və hər şeydə özünə məhdudiyyət qoymaq olduğu barədə təsəvvürlər yanlışdır.

Mütəxəssislər vurğulayıb ki, bədəndə piyin itirilməsi yalnız kalori çatışmazlığı ilə nəticələnir. Digər sözlə, siz aldığınızdan çox kalori itirdikdə arıqlayırsınız. 

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov Bizim.Media-ya açıqlama verib.

Endokrinoloq bildirib ki, pəhriz saxlamadan və aclıq etmədən arıqlamağın bir neçə yolu var.

Onun sözlərinə görə, deiyetoloqlar arıqlamaq üçün daha çox hərəkət etmək və gündəlik fərdi hərəkət fəaliyyətini artırmağı məsləhət görürlər:

“Piyin əridilməsi üçün hərəkət etmək lazımdır. Siz, yemək hazırlamaq, tozsoranla ev yığışdırmaq, zibil tullamaq, evdə səpələnmiş əşyaları, oyuncaqları toplamaq və s. kimi gündəlik vəzifələri yerinə yetirərək, daha çox hərəkət etməyə başlaya bilərsiniz.
Gün ərzində bütün bu hərəkətlər əhəmiyyətsiz görünə bilər, lakin söhbət bədəndə piyin azaldılmasından gedəndə, məhz bu cür kiçik hərəkətlər mühüm əhəmiyyət kəsb edir. 

Bundan əlavə, arıqlayan insanlara qarşılarına daha az miqdarda yemək qəbul etməyi məqsəd qoymaq əvəzinə, rasionlarına daha çox sağlam və faydalı qida məhsullarını daxil etməyi məsləhət görürük.

Tərkibində təbii, tam və emal edilməmiş qida məhsulları olan çeşidli qidalar qəbul etmək bağırsaq mikrobiomunun vəziyyətini yaxşılaşdırır. Bu da arıqlamaq və çəkinin saxlanması üçün olduqca vacibdir.

Arıqlayan insanların rasionuna dənli bitkilər, qoz-fındıq və toxumlar, paxlalılar daxil olmalıdır. Bu qida məhsullarının lifi daha uzun müddət aclıq hiss etməmək və daha az miqdarda qida qəbul etməyə kömək edir.

Sağlam gecə yuxusu da bədənə ac qalmadan piyi əritməyə kömək edir. Bunun üçün ən azı yeddi saat yatmaq lazımdır. Daha az yatan insanlarda beyin sürətli enerjiyə can atan sinir siqnalları tərəfindən stimullaşdırılır.

Nəticə olaraq, şirniyyat və digər karbohidrat məhsullarına tələbat yaranır. Orqanizmin yaxşı nəmləndirilməsi də vacibdir. Çünki bu, yeməkdə olan qida məhsullarının daha yaxşı həzm edilməsinə kömək edir. Bu da uzunmüddətli toxluq hissini formalaşdırır”.

Ziya Hikmətoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO