NASA Aya uçacaq astronavtların adlarını açıqlayıb

NASA Aya uçacaq astronavtların adlarını açıqlayıb

Hazırda oxunan: NASA Aya uçacaq astronavtların adlarını açıqlayıb

128865

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) gələn il Ay ətrafında dövr edəcək astronavtların adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, NASA Apollon 11 missiyasından yarım əsr sonra, gələn ilin noyabrında Aya növbəti missiyanı həyata keçirməyi planlaşdırır.

Qurum səfərdə iştirak edəcək amerikalı və kanadalı astronavtların adlarını açıqlayıb.

Artemis II missiyasına təyin edilmiş üç NASA astronavtı Reid Wiseman, Viktor Glover və Christina Koch Beynəlxalq Kosmik Stansiyada (BKS) vaxt keçirəcək, Kanada Kosmik Agentliyindən Jeremy Hansen isə ilk kosmosa uçuşunu edəcək.

BKS-də olarkən qadınların ilk kosmos yürüşlərində iştirak edən 44 yaşlı Koch Ay ətrafında uçan ilk qadın olacaq.

Dörd astronavtı NASA administratoru Bill Nelson ABŞ-nin Texas ştatının Hyuston şəhərindəki Conson Kosmik Mərkəzində keçirilən tədbirdə təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO