“Xüsusi Hərbi Əməliyyat”lar başlayandan sonra ölkəsindən İsrailə köçən Rusiyanın Xalq artisti Alla Puqaçova Vətənindən uzaqda necə yaşadığını nümayiş etdirib.
Bizim.Media xəbər verir ki, 73 yaşlı sənətkar övladları - oğlu Harri və qızı Lizanın rəqs etdiyi görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Puqaçova paylaşdığı kadrlara “Uşaqlıq dövrü hara gedir? Hansı şəhərlərə? Belə çıxır ki, İsrailə” sözlərini əlavə edib.
Pərəstişkarları Allanın bu paylaşımını başına qaxınc ediblər.
Bəzi izləyicilər isə estrada ulduzunun gözəl övladları olduğunu yazaraq onlara xoşbəxt həyat arzulayıblar.
Onlar həmçinin müğənniyə ailəsi üçün yeni yaşayış yeri kimi seçdiyi İsraildə hər şeyin o qədər də yaxşı olmadığını xatırladıblar:
“Bəli, indiyə qədər əladır, amma İsrail ordusunda xidmət etməli olacaqsan”, “Uşaqlar gözəldir, amma onlar üçün qərar verdin, böyüyəndə başa düşməyəcəklər”, “Vətənsiz uşaqlar”.
Qeyd edək ki, Alla Puqaçova əri Maksim Qalkin və uşaqları ilə birlikdə “Xüsusi Hərbi Əməliyyat”lar başlayandan qısa müddət sonra Rusiyanı tərk edib. Ailə hazırda İsraildə yaşayır. Maksim müntəzəm olaraq səhnədə və sosial şəbəkələrdə Rusiya hakimiyyətinin hərəkətlərinə qarşı çıxışlar edir.
Rusiya Ədliyyə Nazirliyi onu xarici agent kimi tanıdıqdan sonra Puqaçova ərini açıq şəkildə dəstəkləyib. Müğənninin ölkədən getməsi ictimai rezonansa səbəb olub.
Bir çox pərəstişkarları və həmkarları Puqaçovanın siyasi mövqeyini və Rusiyanı tərk etmək qərarını pisləyiblər. Amma çoxları nə olursa olsun, Puqaçovanı və onun mövqeyini dəstəkləyib.
- A-
- A
- A+
Şoutaym
10:27 / 04.04.2023
Alla Puqaçovanın uşaqları ilə bağlı paylaşımına sərt REAKSİYA - VİDEO
Hazırda oxunan: Alla Puqaçovanın uşaqları ilə bağlı paylaşımına sərt REAKSİYA - VİDEO
Hazırda oxunan: Alla Puqaçovanın uşaqları ilə bağlı paylaşımına sərt REAKSİYA - VİDEO
128798
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.