Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədinə hazırda qar yağır, Quba rayonu ərazisində 15 sm qar var, şaxta 8-10 dərəcə təşkil edir.
Bu Barədə Bizim.Media-ya Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
Bəzi ərazilərdə avtobuslar hərəkət sxemi üzrə getmir - FOTO
Bildirib ki, Xınalıq kəndi ərazisində 4-5 sm qar yağmış, 15-17 dərəcə şaxta var:
“Gecə saatlarından başlayaraq yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir”.
Bundan başqa o söylədi ki, Giləzi - Xızı, Bakı – Qobustan, Qobustan - Şamaxı – Muğanlı, Muğanlı - Ağsu – Yevlax, Bakı - Ələt – Hacıqabul istiqamətlərində güclü qar yağır və güclü külək müşahidə olunur:
“Ümumulikdə yağan qarın hündürlü yol kənarında 10-30 sm araslnda dəyişir.
Sözü gedən yollardan nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir”.
A. Nəcəfli vurğuladı ki, Hacıqabul – Ucar – Yevlax Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi, Muğanlı – İsmayıllı, İsmayıllı-Qəbələ - Oğuz- Şəki, Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhədi, Gəncə-Daşkəsən – Xoşbulaq, Şəmkir - Gədəbəy Ələt – Astara – İran İslam Respublikası ilə dövlət sərhədi, Masallı – Yardımlı Lənkəran – Lerik , Hacıqabul – Bəhramtəpə – Horadiz avtobil yollarına isə zəyif qar yağıb. Qarın hündürlüyü ümumilikdə 5-15 sms arasında dəyişir.
Gülşanə Mustafayeva, Bizim.Media