“Qarabağ” klubların dünya reytinqində ötən ayla müqayisədə daha 3 pillə geriləyib.
Bizim.Media “Opta” statistika platformasına istinadən xəbər verir ki, Azərbaycan çempionu siyahıda 72-ci yerə düşüb.
Ağdam təmsilçisi 84,6 reytinq xalına malikdir. Bununla belə, “Qarabağ” cədvəlin ilk “100-lüy”ündə özünə yer tapan yeganə Azərbaycan komandası olaraq qalmaqdadır.
Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların da mövqeləri bəlli olub. “Neftçi” (77,7) 239-cu, “Sabah” (76,2) 295-ci, “Qəbələ” (72,0) 644-cü, “Zirə” (71,9) 651-ci, “Turan Tovuz” (68,3) 1120-ci, “Şamaxı” (66,2) 1474-cü, “Kəpəz” (66,1) 1490-cı, “Sumqayıt” (65,6) 1574-cü, “Səbail” (64,5) isə 1811-ci yerdə qərarlaşıblar.
“Qarabağ” MDB məkanı təmsilçiləri arasında ikinci sırada yer alıb. Azərbaycan çempionunu yalnız Ukrayna “Şaxtyor”u (Donetsk) qabaqlayır. “Şaxtyor” 85,3 reytinq xalı ilə 62-ci pillədədir.
Türkiyənin isə iki klubu ilk “100-lüy”ə düşə bilib. “Fənərbağça” (84,7) 70-ci, “Qalatasaray” (83,0) 95-cidir.
13 660 komandanın yer aldığı cədvəldə ikihakimiyyətlilik var. Almaniya təmsilçisi “Bavariya” ilə İngiltərə “Mançester Siti”si eyni xalla (100 xal) liderliyi bölüşdürürlər. İtaliya klubu “Napoli” (98,0) üçüncü pillədə yer alıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:56 / 03.04.2023
“Qarabağ” dünya reytinqində 3 pillə GERİLƏDİ
Hazırda oxunan: “Qarabağ” dünya reytinqində 3 pillə GERİLƏDİ
Hazırda oxunan: “Qarabağ” dünya reytinqində 3 pillə GERİLƏDİ
128684
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.