Bakıda 24 yol - nəqliyyat hadisəsi baş verib – RƏSMİ

Bakıda 24 yol - nəqliyyat hadisəsi baş verib – RƏSMİ

Hazırda oxunan: Bakıda 24 yol - nəqliyyat hadisəsi baş verib – RƏSMİ

12868

Gecədən bu saata qədər Bakıda 24 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıya yağan qar avtoqəzalara səbəb oldu - VİDEO


V. Əsədov qeyd edib ki, hava şəraiti ilə bağlı paytaxtın yolları buz bağlayıb və sürüşmə nəticəsində nəqliyyat vasitələri toqquşub. Bu saata qədər paytaxtın inzibati ərazisində 24 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Ölən və yaralanan olmayıb.

“Sürücülərdən xahiş edirik ki, ağır hava şəraitini nəzərə alaraq, şəxsi avtomobillərdən istifadə etməsinlər”, deyə Vaqif Əsədov fikirlərini tamamlayıb.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO