Nadir onun mahnısını oxuyan Damlaya CAVAB VERDİ - VİDEO

Nadir onun mahnısını oxuyan Damlaya CAVAB VERDİ - VİDEO

Hazırda oxunan: Nadir onun mahnısını oxuyan Damlaya CAVAB VERDİ - VİDEO

128622

Müğənni Nadir Bayramlı repertuarında hitə çevrilən “Həsrət nəğməsi” mahnısının həmkarı Damla tərəfindən oxumasına münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, sənətçi bu haqda qonaq olduğu “Səhər mərkəzi” verilişində danışıb. 

Nadir sözügedən nəğməni Damlanın ifasında bəyəndiyini bildirib: 

“10 gün əvvəl Damla mənə zəng edib söylədi ki, “Həsrət nəğməsi” mahnısını ifa etmək istəyirəm. İcazəsini verib söylədim ki, oxuyacaqsan, mən daha çox yada düşəcəyəm. Bu mahnı mənim sənət səhifəmə yazılıb. Bir çox verilişlərdə bu nəğməni ifa edirəm, amma tamaşaçı, dinləyici bu mahnıdan yorulmur.
Demək ki, ürəyə yatan əsərdir. Damla artıq mənim ikinici mahnımı oxuyur. “Sevgililər görüşəndə” nəğməmi “popuri”sinə salıb. Onda da məndən icazə istəmişdi. Bir müddət əvvəl “Sən sevirəm deyəndə” mahnımı da oxumuşdu. “Həsrət nəğməsi” heç də asan nəğmə deyil. Damla bu mahnını özünəməxsus tərzdə oxuyub”. 
 

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO