Fazil Mustafanın son durumu ilə bağlı AÇIQLAMA 

Fazil Mustafanın son durumu ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: Fazil Mustafanın son durumu ilə bağlı AÇIQLAMA 

128606

“Fazil Mustafanın hazırda vəziyyəti yaxşıdır. Müalicəsi qaydasında davam edərsə, 10-12 gün ərzində millət vəkili xəstəxanadan evə buraxıla bilər”.

Bu barədə Bizim.Media-ya evinin qarşısında sui-qəsdə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisi Əjdər Əliyev açıqlamasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı 4 nəfər TUTULUB


O qeyd edib ki, həkimlər F.Mustafanın müalicəsinin yaxşı getdiyini deyirlər. 

Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO