Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı saxlanılanlar DTX-də DİNDİRİLİR

Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı saxlanılanlar DTX-də DİNDİRİLİR

Hazırda oxunan: Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı saxlanılanlar DTX-də DİNDİRİLİR

128592

Millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər 4 nəfər saxlanılıb.

Bizim.Media trend.az-a istinadən xəbər verir ki, cinayət işi üzrə saxlanılanlar Dövlət Təhlükəsizliyi Xidmətində dindirilir və ünvanlarda baxış aparılır.
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı 4 nəfər TUTULUB


Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO