Sankt-Peterburqda "Strit bar" kafesində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, 17 nəfər yaralanıb. Xəsarət alanların içərisində bir uşaq da var.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı təcili yardım xidmətləri yayıb.
Kafedə “Vladlen Tatarski” təxəllüsü ilə tanınan rusiyalı hərbi müxbirin yaradıcılıq gecəsi keçirilib.
Vladlen Tatarskinin baş verən partlayışda öldüyü deyilir. Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
Ehtimallara görə, Sankt-Peterburqdakı kafeyə bombanı qız gətirib. Onu heykəlcikdə gizlədib və Vladlen Tatarskiyə verib.
Partlayıcı qurğunun gücü 200 qram trotildən çox olub.
Bizim.Media