Ukrayna işğal olunan Melitopol şəhərinə zərbə endirdi - Yaralılar var 

Ukrayna işğal olunan Melitopol şəhərinə zərbə endirdi - Yaralılar var 

Hazırda oxunan: Ukrayna işğal olunan Melitopol şəhərinə zərbə endirdi - Yaralılar var 

128524

Ukrayna ordusu ilhaq edilən Melitopol şəhərinə zərbə endirib. Nəticədə 5 nəfər xəstəxanaya yerləşdirilib.

Bizim.Media “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya tərəfindən təyin olunan administrasiya yayıb.

Zaporojye vilayətinin ilhaq edilmiş hissəsinin fövqəladə hallar xidmətinin məlumatına görə, yaşayış binaları və qaz borusu zədələnib.

Aprelin 2-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri HIMARS-dan  Melitopoldakı lokomotiv deposuna zərbə endirib, hava hücumundan müdafiə sistemləri yeddi raketdən altısını vurub. Məlumatı hakimiyyət nümayəndəsi Vladimir Roqov təsdiq edib.

Onun sözlərinə görə, depodan başqa Zapadno-Lineynaya küçəsində yerləşən üçmərtəbəli evə də ziyan dəyib.

Ukrayna KİV-i yazır ki, zərbə deponun mərkəzi emalatxanasına dəyib. Burada sursat və hərbi texnika ilə qatarların daşınması üçün istifadə olunan lokomotivlər olub. 
Dəmir yolu xəttini təmin edən elektrik yarımstansiyasına və depoya da ziyan dəyib. Melitopol sakinləri elektrik enerjisindən qismən məhrum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO