Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb

Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb

Hazırda oxunan: Bolqarıstanda təbii qaz Azərbaycandan gələn yanacaq hesabına ucuzlaşıb

128472

Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb. 

Belə ki, ölkənin Enerji və Su Tənzimləmə Komissiyası qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saat üçün 98,16 lev (təxminən 49,8 avro) məbləğində təsdiqləyib. Halbuki mart ayında bu, 106,74 lev (təxminən 53,37 avro) idi. 

Bizim.Media xəbər verir ki, bu barədə sözügedən komissiya məlumat yayıb. 

“Azərbaycan qazının qiyməti, Azərbaycanla mövcud uzunmüddətli müqaviləyə əsasən, Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən qaz qarışığının maya dəyərinin hesablanmasına daxil edilib.
Bu həcmlər ölkə istehlakının təxminən 51,9 %-ni əhatə edir və əlverişli qaz qiymətlərinə nail olmaq üçün mühüm önəm daşıyır”, - deyə Komissiyasının məlumatında bildirilib. 

Komissiya sədri İvan İvanov qeyd edib ki, təbii qazın qiymətinin azalması ilə bağlı durum davam edərsə, növbəti qiymət dövründə istilik enerjisinin dəyəri eyni qalacaq: 

“Təbii qazın qiymətinin ucuzlaşmasının davam etməsi bütün istehlakçılar üçün əlverişli amildir. Qazın qiymətində azalma tendensiyası davam edərsə, o zaman növbəti qiymət dövrü üçün istilik enerjisinin maya dəyərinin dəyişməz qalmasına şərait yaradılacaq. Bununla bağlı yekun qərar ESTK tərəfindən iyulun 1-də qəbul ediləcək”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO