Oqtayı xatırlayan Elza efirdə QƏHƏRLƏNDİ - VİDEO 

Oqtayı xatırlayan Elza efirdə QƏHƏRLƏNDİ - VİDEO 

Hazırda oxunan: Oqtayı xatırlayan Elza efirdə QƏHƏRLƏNDİ - VİDEO 

128348

Əməkdar artist Elza Seyidcahan canlı efirdə göz yaşlarına boğulub.  

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Gül kimi” axşam şousunda martın 22-də avtoqəza nəticəsində dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevdən söz açıb.

Bu xəbərdən böyük sarsıntı keçirən Elza royal qarşısına keçərək “Son vida” mahnısını canlı şəkildə ifa etməyə başlayıb.  

Lakin qəhər onun səsini batırıb. O, göz yaşı içində nəğmənin sözlərini belə dilə gətirməkdə çətinlik çəkib və yalnız ifasını royalda davam etdirib. Seyidcahan hisslərinə hakim kəsilə bilmədiyi üçün əllərini sərt şəkildə royalın üzərinə vuraraq, ağlayıb.

Bununla da proqram yekunlaşıb.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO