Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq

Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq

Hazırda oxunan: Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq

128331

Aprelin 5-dən Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb. 

Bildirilib ki, Ermənistanda süd məhsullarının istehsal edildiyi müəssisələrdə aparılmış yoxlamaların qeyri-qənaətbəxş nəticələri nəzərə alınaraq, “Rosselxoznadzor” Ermənistanın Baytarlıq Xidmətinə aprelin 5-dən etibarən ölkədəki bütün müəssisələrdən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib. 
“Rosselxoznadzor”un bəyanatında qeyd edilib ki, tədarükün bərpası Ermənistan tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün apardığı işlərin nəticələrindən asılı olacaq. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO