Bakı və Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər

Bakı və Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər

Hazırda oxunan: Bakı və Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər

128324

Cari ilin 31 mart tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Görüşün əvvəlində M.Qaluzin Rusiya xarici işlər naziri Sergey Lavrovun cari ilin 27-28 fevral tarixlərində səfərinə toxunaraq, göstərilən münasibətə və keçirilmiş dolğun və məhsuldar görüşlərə görə Azərbaycan Respublikasının rəhbərliyinə təşəkkürünü bildirib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən bildirilib. 

Bildirilib ki, kitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri, iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələr, iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının növbəti iclasının, eyni zamanda Rusiyada ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb. 
Qarşılıqlı anlaşma şəraitində davam edən görüşdə Səfir Polad Bülbüloğlu gündəlikdə olan və ölkəmizin maraqlarına cavab verən məsələləri qaldırmış, onlarla bağlı Azərbaycanın mövqeyini nazir müavininin diqqətinə çatdırıb. 

Bundan əlavə, bir sıra aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının əsasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması perspektivləri mövzularına toxunulub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO