Trampdan ittihamlara CAVAB: “Təqib olunuram” 

Trampdan ittihamlara CAVAB: “Təqib olunuram” 

Hazırda oxunan: Trampdan ittihamlara CAVAB: “Təqib olunuram” 

128315

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Nyu-York məhkəməsinin hakimlər heyəti tərəfindən ona qarşı irəli sürülən ittihamlara münasibət bildirib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident ona qarşı irəli sürülən ittihamların siyasi təqib vasitəsi və seçkilərə ən yüksək səviyyədə müdaxilə olduğunu bildirib. 

Həmçinin ABŞ-nin keçmiş lideri ona qarşı ittihamları toplayan prokuroru Nyu-Yorkda törədilən cinayətlərlə mübarizə aparmaq əvəzinə ABŞ-nin hazırkı Prezidenti Co Bayden üçün “çirkli iş görməkdə” ittiham edib. 

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti aprelin 4-də yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə 23:15) Nyu-Yorkda məhkəmə qarşısına çıxmalıdır. 

Xatırladaq ki, Trampa qarşı 30-dan çox biznes fırıldaqçılıq faktı üzrə cinayət işi açılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO