Cüdoçularımız “Böyük Dəbilqə”nin ilk günündə medalsız qaldı

Cüdoçularımız “Böyük Dəbilqə”nin ilk günündə medalsız qaldı

Hazırda oxunan: Cüdoçularımız “Böyük Dəbilqə”nin ilk günündə medalsız qaldı

128311

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.

Bizim.Media xəbər verir ki, turnirin ilk günü Azərbaycan millisi üçün uğursuz alınıb.  

Belə ki, ilk gündə tatamiyə çıxan 8 idmançımız mübarizəni medalsız başa vurub. Yalnız Nazir Talıbov (60 kq) medal əldə etməyə yaxın olub. Amma o da 1/4 finalda məğlub olub. 22 yaşlı cüdoçu təsəlliverici görüşdə də belçikalı Yorr Verstraetenə uduzaraq, medal imkanını əldən verib.  
Millinin digər üzvlərindən Yaşar Nəcəfov (66 kq) 1/32 finalda, Kəramət Hüseynov (60 kq) 1/16 finalda, Orxan Səfərov (66 kq) 1/8 finalda mübarizəni dayandırıblar.  

Qadın cüdoçular Leyla Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) 1/32 final, Könül Əliyeva (48 kq) ilə Gültac Məmmədəliyeva (52 kq) isə 1/8 final səddini keçə bilməyiblər.  

Azərbaycan millisinin heyətində Hidayət Heydərov (73 kq), Nurlan Osmanov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Tçkayev (81 kq) aprelin 1-də mübarizəyə qoşulacaqlar.  

Turnirə aprelin 2-də yekun vurulacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO