“Azərsu”da kadrlar kütləvi ixtisar olunur? – RƏSMİ AÇIQLAMA

“Azərsu”da kadrlar kütləvi ixtisar olunur? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “Azərsu”da kadrlar kütləvi ixtisar olunur? – RƏSMİ AÇIQLAMA

128200

Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Və Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi, “Azərsu” ASC və Meliorasiya və Su Təsərrüfatı ASC-nin əmlakları ilə birlikdə yeni yaradılan Agentliyin tabeliyinə verilib.  

Fərman ictimailəşəndən dərhal sonra sosial şəbəkələrdə adıçəkilən qurumlarda kadrların işdən azad edildiyi ilə bağlı məlumatlar yayılmağa başladı.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərsu” və Meliorasiya və Su Təsərrüfatı yeni Agentliyin tabeliyinə VERİLDİ


Məsələni aydınlaşdırmaq üçün ilkin olaraq Meliorasiya və Su Təsərrüfatı ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Dilqəm Şərifov hələlik heç bir kadr dəyişikliyinin baş vermədiyini bildirib:

“Bildiyiniz kimi Ölkə Başçısının fərmanına əsasən yeni Agentliyin strukturu 5 ay müddətində formalaşacaq. Bu müddətə qədər hər kəs öz işinin başındadır”.

“Azərsu” ASC-dən isə deyildi ki, ötən gün yayılan informasiyada yanlışlığa və tələskənliyə yol verilib:

“Qurumda hər kəs öz işinin başındadır. Çünki, “Azərsu” ləğv olunmayıb, yeni yaradılan Agentliyin tərkibinə verilib. Bildiyimiz kimi Fərmana əsasən hələlik yeni Agentliyin Əsasnaməsi hazırlanır. Bu Əsasnamə təsdiq olunandan sonra “Azərsu” ASC-nin hansı formada fəaliyyət göstərəcəyi bəlli olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO