"Fazil Mustafa həkimlər icazə verərsə, yaxın günlərdə evə buraxılacaq".
Bu barədə Bizim.Media-ya sui-qəsdə uğramış Milli Məclisin deputatı Fazil Mustafanın köməkçisi Əjdər Əliyev açıqlamasında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Fazil Mustafa hansı hospitala köçürülüb? – TƏBİB-dən AÇIQLAMA
O bildirib ki, millət vəkilinin səhhəti qənaətbəxşdir:
"Hazırda Fazil Mustafanın səhhəti yaxşıdır. Həkimlər tərəfindən müalicəsi davam etdirilir. Məlumata görə, yaxın günlərdə Fazil Mustafa evinə buraxılacaq".
Bizim.Media