"Yuventus"un yenidən xalları silinə bilər

Hazırda oxunan: "Yuventus"un yenidən xalları silinə bilər

128125

"Yuventus" maliyyə fırıldaqçılığı işi səbəbindən A seriyasında daha 15-25 xalını itirmək riski ilə üz-üzədir. 

Bizim.Media xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.  

Aprelin 19-da məhkəmə "Yuventus"un qondarma kapital artımı məsələsi ilə bağlı 15 bəndi geri götürmək qərarından şikayətinə baxmaq üçün iclas keçiriləcək. Bundan sonra klub oyunçulara maaşların ödənilməsi, eləcə də menecerlərə ödəmələrlə əlaqədar dələduzluq işi üzrə məhkəmə qarşısına çıxacaq. Həmçinin "Yuventus"un bağladığı şübhəli tərəfdaşlıq müqavilələrini nəzərdən keçiriləcək. Lakin bu məsələ ilə bağlı məhkəmə prosesi 2023-cü ilin sonunda baş tutacaq. 

Məhkəmə yeni işlərdə "Yuventus"u təqsirli bilsə, klub 15-dən 25-ə qədər xal itirə bilər.  

Daha əvvəl də "Yuventus"un saxtakarlığa görə 15 xalı silinib. Klub hazırda 27 turdan sonra 41 xalla A Seriyasının turnir cədvəlində 7-ci yerdədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO