Ölkəmizdə 5 dövlət əmlakı özəlləşdirildi

Ölkəmizdə 5 dövlət əmlakı özəlləşdirildi

Hazırda oxunan: Ölkəmizdə 5 dövlət əmlakı özəlləşdirildi

128099

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin martın 28-də keçirtdiyi hərracda 4 kommersiya obyekti və 1 yarımçıq tikili özəlləşdirilib. 

Bu barədə Bizim.Media-ya Dövlət Xidmətindən bildirilib. 

Hərracda əmlaklardan birinin qiyməti 2 dəfə artıb. Belə ki, Qazax rayonu, Hüseynbəyli kəndində yerləşən mağazanın ilkin start qiyməti 9 min manat olsa da, son təklif 18 500 manat olub.

Mağazanın ümumi faydalı sahəsi 97 kvadratmetr, torpaq sahəsi isə 170 kvadratmetrdir. Bu əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. 

Hərracda özəlləşdirilən yarımçıq tikili Gəncə şəhərində yerləşir. Torpaq sahəsi 4 521 kvadratmetr olan əmlak 110 000 manata satılıb. 

Satılmış əmlaklar üzrə dövlət büdcəsinə 164 750 manat ödənilməsi nəzərdə tutulur. 

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: //clck.ru/33ihWp 

Növbəti hərraclar 4, 11, 12, 18 apreldə keçiriləcək. Hərraclara 88 əmlak çıxarılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO