Dövlət Su Ehtiyatları Agentliyinin yeni sədri Zaur Mikayılov kimdir? – DOSYE  

Dövlət Su Ehtiyatları Agentliyinin yeni sədri Zaur Mikayılov kimdir? – DOSYE  

Hazırda oxunan: Dövlət Su Ehtiyatları Agentliyinin yeni sədri Zaur Mikayılov kimdir? – DOSYE  

128057

Xəbər verdiyimiz kimi, Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib. 

Bizim.Media Zaur Mikayılovun dosyesini təqdim edir: 

Mikayılov Zaur Rauf oğlu Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib. 

O, 2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.  Z.Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub.  

2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib. 

Daha sonra Zaur Mikayılov "PAŞA Construction" tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, "Port Baku Towers"in baş direktoru olub. 

"Bravo" supermarketlər şəbəkəsinə rəhbərlik etməmişdən öncə isə Zaur Mikayılov "Agro Dairy" MMC-də baş direktor vəzifəsini tutub. Adıçəkilən şirkət "PAŞA Holdinq"in strukturuna daxildir. 

2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO