14 yaşlı qıza təcavüz edənlərə 5 aylıq həbs qərarı ŞOK YARATDI – “Sadəcə dəhşətə gəlirəm” – HÜQUQŞÜNAS 

14 yaşlı qıza təcavüz edənlərə 5 aylıq həbs qərarı ŞOK YARATDI – “Sadəcə dəhşətə gəlirəm” – HÜQUQŞÜNAS 

Hazırda oxunan: 14 yaşlı qıza təcavüz edənlərə 5 aylıq həbs qərarı ŞOK YARATDI – “Sadəcə dəhşətə gəlirəm” – HÜQUQŞÜNAS 

128035

14 yaşlı qıza cinsi zorakılıq etmiş 3 nəfərin hər birinə 5 ay müddətində həbs cəzası verilməsi ictimaiyyətdə ciddi rezonans doğurub. 

Məlumat üçün bildirək ki, hadisə ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində baş verib. Araşdırmalar zamanı məlum olub ki, kənddə babası ilə birgə yaşayan 14 yaşlı qız hazırlığa gedərkən oğlanların hədəsi ilə üzləşib. Onlar yeniyetmə qızı qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur ediblər və görüntülərini yaymaqla şantaj ediblər. 

3 nəfərə Bərdə Rayon Məhkəməsində hökm oxunub.

Kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər birinə 5 ay müddətinə həbs cəzası verilib.

Zərərçəkmiş azyaşlının köməksiz vəziyyətindən istifadə etməklə ona qarşı cinsi zorakılıq edənlərə həddindən artıq az cəza verilməsi, hətta azadlıqda olmaları  sual doğurub. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasnın üzvü Əsabəli Mustafayev də sözügedən məhkəmə qərarından təəccüblənib.
 

MÖVZU İLƏ BAĞLI:

14 yaşlı qızla cinsi əlaqədə olanlara hökm oxundu - VİDEO 


Onun sözlərinə görə praktikasında ilk dəfədir ki, belə absurd məhkəmə hökmünə rast gəlir:

“İlk dəfədir belə halla rastlaşıram. Belə bir cinayətə görə 5 ay cəza verilməsi təcrübədə olmayıb. Hətta qızın öz razılığı olsa belə bu hal nəzərə alınmır, azyaşlı olduğu üçün bu cür cinayətlərdə təqsirli bilinən şəxsə ən azı 8-10 il həbs cəzası verilir. Sadəcə mən dəhşətə gəlirəm. Yetkinlik yaşına çatmayana qarşı cinsi zorakılıq törədiləndə təqsirkara 10 ildən 15 ilə qədər həbs verilir.

Sözügedən olayla bağlı Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə iş qaldırılıbsa, çox güman ki, təqsirkarlar zorlanma faktı ilə ittiham olunmayıblar və qızın öz razılığı ilə baş verməsi əsas götürülüb. Bu maddə ilə həbs müddəti 1 ildən 3 ilə qədər nəzərdə tutulub. İstənilən halda minimum 1 il cəza almalı idilər”.
Hüquqşünas Cinayət Məcəlləsindəki boşluqlardan da şikayətlənib. 152.1-ci maddədə əks olunanlarla razılaşmadığını vurğulayan Əsabəli Mustafayev bu maddəyə yenidən baxılmasını təklif edib:

“Əslində zərərçəkən 16 yaşına çatmayıbsa və cinsi təcavüzə məruz qalıbsa, zorlanma sayılmalıdır. Çünki o yaşda insan öz hərəkətini dərk etmir. Yaxşı olar ki, KİV bu neqativləri tənqid etsin. Əks halda bu cür olaylar təkrarlanacaq, çünki cəza müddəti çox aşağıdır. Digər məsələ isə ondan ibarətdir ki, əgər 14 yaşlı qıza təcavüz qrup halında baş veribsə, 152.1 maddəsi ilə iş açıla bilməz.

Təqsirkarlar arasında qıza təcavüzlə bağlı razılaşma olubsa, qrup halında baş vermiş cinayət hesab oluna bilər. Hər halda yeniyetmə qızı qeyri-təbii yolla cinsi əlaqədə olmağa məcbur edən və görüntülərini yaymaqla şantaj edənlərə 5 ay həbs verilməsi absurddur”.
Qeyd edək ki, uşaq hüquqlarını müdafiə edən QHT rəhbərləri, eləcə də ictimai fəallar tərəfindən də məhkəmənin sözgedən qərarı sərt şəkildə tənqid edilib.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO