Mətanət Əsədova: “Dərdimi danışdığım insan tərəfindən vuruldum” - VİDEO

Mətanət Əsədova: “Dərdimi danışdığım insan tərəfindən vuruldum” - VİDEO

Hazırda oxunan: Mətanət Əsədova: “Dərdimi danışdığım insan tərəfindən vuruldum” - VİDEO

128025

“Sənət aləmində həmkarlarınla “salam-sağol”un olsun. Onlarla de, gül. Amma vay o gündən ki, içində olanları (sirrlərini – red.) sənət adamları ilə bölüşəsən. O, səni ömrü boyu bununla vuracaq. Silahını ömür boyu onlardan gizlət. Mən də vuruldum”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova qonaq oduğu “Günün sədası” verilişində deyib. 

Dost sarıdan “ağzı yanan” sənətçi bildirib ki, dərdini bölüşdüyü həmkarı onun bütün sirrlərini digər insanlara danışıb:  

“İç dünyamı elə bir insanla bölüşdüm ki,... Ona dərdimi danışdım. Onu özümə çox yaxın bildim. Amma yaxşı ki, ona ən dərin sirrlərimi danışmamışam. Hamı Mətanəti “fason”u ilə tanıdı. Yenə ona mən dediyim kimi təqdim etsəydi, dərd yarı... Mətanət biraz yaşayardı. O məni lap öldürdü. Bu sənət çox çətindir”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO