Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

Hazırda oxunan: Azərbaycan İspaniya ilə potensial əməkdaşlıq üçün 4 istiqamət müəyyənləşdirib

127951

Azərbaycan "yaşıl enerji", kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə İspaniya təcrübəsindən yararlana bilər. 

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə İspaniyada səfərdə olan Azərbaycan nümayəndə heyəti ilə İspaniya Ticarət Palatası arasında keçirilən sahibkarların görüşündə qeyd edilib. 

Görüşdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev işğaldan azad olunmuş ərazilərdə və sənaye parklarında yaradılan investisiya imkanları barədə məlumat verib.
"Yaşıl enerji", kənd təsərrüfatı, turizm, su idarəçiliyi kimi sahələrdə Azərbaycanın İspaniya təcrübəsindən yararlana biləcəyi və bu istiqamətlərdə əməkdaşlığın yüksək potensiala malik olduğu diqqətə çatdırılıb. 

İspaniya sahibkarları azərbaycanlı həmkarları ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd ediblər. 

Görüşdə Azərbaycanın biznes imkanlarına dair təqdimat keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO