Bakının bəzi avtomagistrallarında sürət həddi endirildi – Yol sürüşkən oalcaq

Bakının bəzi avtomagistrallarında sürət həddi endirildi – Yol sürüşkən oalcaq

Hazırda oxunan: Bakının bəzi avtomagistrallarında sürət həddi endirildi – Yol sürüşkən oalcaq

12792

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Buz bağlama ehtimalı nəzərə alaraq yollardakı elektron tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və

digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir", - deyə qurum bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO