"Murov" və "Azərreyl" yarımfinala qələbə ilə başladı - FOTO 

Hazırda oxunan: "Murov" və "Azərreyl" yarımfinala qələbə ilə başladı - FOTO 

127918

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının yarımfinal mərhələsi start götürüb.  

Bizim.Media xəbər verir ki, bu gün yarımfinalın ilk oyunları çərçivəsində “Abşeron” klubu “Murov”la, “Azərreyl” isə UNEC-lə qarşılaşıb.  

Günə “Abşeron” - “Murov” matçı ilə start verilib. Görüş “Murov”un 29:27 hesablı qələbəsi ilə başlayıb. İkinci setdə 25:18 hesabı ilə “Abşeron” qalib gəlsə də, Vüqar Əliyevin komandası növbəti hissələri 25:19 və 25:18 hesabları ilə öz xeyrinə başa vuraraq matçın qalibi olub - 3:1. Beləliklə, “Murov” yarımfinalın ilk oyununda qələbə qazanıb.  

Voleybol Mərkəzində təşkil olunan yarımfinalın digər matçında “Azərreyl"lə UNEC üz-üzə gəlib.

Bu oyun əsas mərhələni lider kimi başa vuran "Azərreyl"in üstünlüyü ilə keçib. Setlərdə 25:7, 25:14 və 25:17 hesabları ilə qalib gələn Eldar Yusubovun yetirmələri quru hesablı qələbəni rəsmiləşdiriblər.  

Qeyd edək ki, yarımfinal mərhələsi iki qələbəyə kimi, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.  

Yarımfinal (birinci oyun) 

“Abşeron” - “Murov” 1:3 (27:29, 25:18, 19:25, 18:25)  

“Azərreyl” - UNEC 3:0 (25:7, 25:14, 25:17) 


Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO