Ali Məhkəmədə AŞ nümayəndə heyəti ilə bu məsələlər MÜZAKİRƏ EDİLDİ - FOTO 

Ali Məhkəmədə AŞ nümayəndə heyəti ilə bu məsələlər MÜZAKİRƏ EDİLDİ - FOTO 

Hazırda oxunan: Ali Məhkəmədə AŞ nümayəndə heyəti ilə bu məsələlər MÜZAKİRƏ EDİLDİ - FOTO 

127888

Martın 29-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərov Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. 

Ali Məhkəmədən Bizim.Media-ya verilən məlumata görə, Ali Məhkəmə sədrinin müavini Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Ali Məhkəmənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iş fəaliyyətinin və orada tətbiq olunan texnologiyanın öyrənilməsində və bununla da Ali Məhkəmənin fəaliyyətinin institusional olaraq artırılmasında maraqlı olduğunu bildirib. 

Görüş zamanı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan islahatlar, qanunvericiliyə edilən çoxsaylı dəyişikliklər, Ali Məhkəmədə aparılan struktur islahatları, vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində görülən işlər, eləcə də Ali Məhkəmə tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının ölkə məhkəmələrində öyrənilməsi və tətbiqi istiqamətində görülən işlər və Avropa Şurasının “Avropa Məhkəməsi qərarlarının Azərbaycan tərəfindən icrasının gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində görülən işlər barədə müzakirələr aparılıb. 

Həmçinin Ali Məhkəmənin Avropa Şurası təsisatları ilə əməkdaşlıq münasibətləri, həyata keçirilən layihələr çərçivəsində ötən ilin noyabr ayında Ali Məhkəmədə təşkil olunan seminarlar, eləcə də bu yaxınlarda Strasburqda təşkil olunan tədris səfərinin əhəmiyyəti və bu cür əməkdaşlığın ölkəmizdə aparılan islahatlara müsbət təsiri qeyd edilib. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO