120 manata təklif olunan İFTAR MENYUSU – Səbəb qiymət artımıdır, yoxsa işbazların oyunu?

120 manata təklif olunan İFTAR MENYUSU – Səbəb qiymət artımıdır, yoxsa işbazların oyunu?

Hazırda oxunan: 120 manata təklif olunan İFTAR MENYUSU – Səbəb qiymət artımıdır, yoxsa işbazların oyunu?

127864

Ramazan ayında iftar və imsak səbəbilə restoranlara üz tutanlar az deyil. Kimisi ailəsi ilə, başqa biri dostu-tanışı ilə eyni süfrəni bölüşməyə,  iftar süfrəsi açaraq savab qazanmağa çalışır.

Təəssüf ki, Ramazan ayında iftar süfrələrində israfçılıq, bahalı menyular öz sözünü deyir.

Restoranlar arasında bir nəfərlik iftar menyusunu 80-120 manata təklif edənlər də var. Bu cür yüksək qiymətlər necə ortaya çıxır? Bunun arxasında  ərzaqların gündən-günə bahalaşması, yoxsa müştərinin “özünü göstərmək” istəyimi durur?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida texnoloqu, baş mütəxəssis Ağa Salamov bir sıra məsələlərə aydınlıq gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

Restoranların od tutub yanan iftar və imsak QİYMƏTLƏRİ – 120 manatlıq menyular da var...


120 manatlıq menyuda gərək “qızıl yarpaq” yeyəsən ki...

Mütəxəssis bildirib ki, menyunun baha olmasında artan ərzaq qiymətləri ilə yanaşı, yuxarı təbəqənin də “rolu” var: 

“Bahalı menyuda qırmızı ikradan tutmuş Bölgə balığı ikrasına, eləcə də yeyilən qızıl yarpaqlardan hazırlanan şirniyyatlara qədər hər şey olmalıdır ki, 120 manat etsin. Rəqəm sadəcə şişirdilmiş də ola bilər. Amma burada kontingent məsələsi var. Yüksək təbəqəli restoranların olması məsələsi var. Elə yer var ki, ora gələnlər ancaq yuxarı təbəqə adamıdır. Həmin restoranlar da yalnız o cür insanların gəlməsində maraqlıdırlar. Çünki menyunu 150 manat da qoysa, o adamlar gəlib yeyəcək. Yəni, qiymət yuxarı təbəqənin büdcəsinə uyğundur.

Həmin insanların büdcəsi orada bir ay gəlib iftar açmağa imkan verir. 35 manatlıq menyularda isə vəziyyət başqadır. Nəzərə alaq ki, qida məhsulları çox baha qiymətə satılır. Elə məhsullar var ki, qiymətində 60 faizə, eləsi var 100 faziə qədər artım hiss olunur. Pomidor bir-iki manatdan 5-6 manata qalxıb. Restoranların kommunal, daşınma, ərzaqlara xərclənən vəsait, qeyri-qida xərcləri, işçi heyəti, vergisi və s. var. 20 manata iftar süfrəsi etsə, aşağı keyfiyyətli məhsullardan qoymalıdır ki, onu təşkil edə bilsin. 35 manatlıq menyuda isə seçimlər olur”.

Müsahibimiz bildirib ki, restoranlarda qiymətlərin artımı əsasən ümumi qiymət artımı ilə bağlıdır. Üstəlik bu problemin yaranmasında işbazların da rolu var: 

“Bazarda işbazlara o qədər şərait yaradılıb ki, Ramazan daxil olan kimi pomidorun, eləcə də digər ərzaqların qiymətində artımlar oldu. Hansı ki əllərində qalır, sata bilmirlər, onu Ramazanda yüksək qiymətə satırlar. Bu nə qədər düzgündür? Bu da menyulara təsir edir. 

Qidanı baha alır və məcburdur elə qiymətə satsın ki, fayda götürə bilsin. Təbii ki, 120 manatlıq menyunun, adi bir restoranın o qiyməti qoymasının tərəfdarı deyiləm. Baxırsan ki, 35 manatlıq menyuda tikə kababı var, 120 manatlıq olanda da kabab var. İkisində də şorba və s. var. Yəni menyu eyni, qiymət fərqli. Bu, artıq özbaşınalıq və sadəcə işbazlıqdır”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO