Basarkeçərdə yanan 15 erməni əsgərin valideyni üsyan etdi:

Basarkeçərdə yanan 15 erməni əsgərin valideyni üsyan etdi: "Bunu kim edib?"

Hazırda oxunan: Basarkeçərdə yanan 15 erməni əsgərin valideyni üsyan etdi: "Bunu kim edib?"

127854

Basarkeçər rayonunun Ağkilsə kəndindəki kazarmada baş verən yanğında həlak olan 15 erməni əsgərin valideynləri istintaqın gedişindən narazıdırlar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Ermənistan" nəşri yayıb.

Onlar hesab edirlər ki, yanğın başqa bir cinayəti, məsələn, düşmənin təxribatını ört-basdır etmək üçün törədilib:

"Hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimiyyət orqanları bu faktı gizlətməyə çalışırlar".

Ölən əsgərlərdən birinin atası Arman Barseqyan deyib:

"Bilmək istəyirik ki, övladlarımızın ölümünə nə səbəb olub, bunu kim edib? 15 oğlanın valideyni birdir və sona qədər getməyə hazırdır. Bizim daha itirəcəyimiz heç nə yoxdur".

Xatırladaq ki, ermənilərin hərbi hissə adlandırdığı tikili əslində 35 il əvvəl yurdundan qovulan Basarkeçər rayonundakı peşə məktəbinin müəllimi Kamandar Həsənovun evi olub. 2 otağı və bir aynabəndi olan ev 1970-ci ildə tikilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO