Mövlud Çavuşoğlu Ermənistana çağırış etdi: “Bu istiqamətdə hərəkət edərsə...”

Mövlud Çavuşoğlu Ermənistana çağırış etdi: “Bu istiqamətdə hərəkət edərsə...”

Hazırda oxunan: Mövlud Çavuşoğlu Ermənistana çağırış etdi: “Bu istiqamətdə hərəkət edərsə...”

12782

“Sülh, bölgənin inkişafı üçün fürsət yaranıb. Bizim çağırışlarımız həmişə bu istiqamətdədir.

Ermənistan da bu istiqamətdə hərəkət edərsə, bölgənin sabitliyi və iqtisadi inkişafından ən çox onlar faydalanacaq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğan bu gün Ceyhun Bayramovu qəbul edəcək


“Ermənistanın atacağı müsbət addıma Azərbaycanla koordinasiyalı şəkildə müsbət cavab verəcəyik", - nazir bildirib.

O vurğulayıb ki, 30 ilə yaxın işğal altında qalan Azərbaycan torpaqlarında hər şey dağıdılıb, ermənilər əraziləri tərk edərkən də dağıtdılar:

“Qarabağda, xüsusilə Ağdam və digər 7 rayonun bərpası, tarixi, dini, mədəni abidələrin bərpası üçün Azərbaycan hökumətinin əhatəli infrastruktur çalışmaları var. Biz türk dünyası olaraq Azərabycanın yanında olduğumuz kimi bu bölgənin inkişafında da Azərbaycana əlimizdən gələn dəstəyi verəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO