Təl-Əviv şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında təkbətək görüş başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, C.Bayramov İsraildə rəsmi səfərdədir. Bu gün İsraildə Azərbaycan səfirliyinin açılışı olacaq.
Bizim.Media