Türkiyə klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

Türkiyə klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

Hazırda oxunan: Türkiyə klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

127668

Bakıda “Qarabağ” və “Qalatasaray” klubları (1:2) arasında keçirilən xeyriyyə matçında meydanın ən yaxşılardan olan Abdulla Zubirə Türkiyə komandalarının marağı artmaqda davam edir.

Bizim.Media  xəbər verir ki, həmin klublardan biri də “Alanyaspor”dur.

Super Liqa təmsilçisinin baş məşqçisi Ərsun Yanal futbolçunu sərəncamında görmək istəyir və klub rəhbərliyindən yayda bu transferi həll etmələrini xahiş edib.

Fransanın “Lill” klubu da mərakeşli futbolçunu heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Ağdam təmsilçisinin heyətində 103 oyuna çıxan A.Zubir 29 dəfə rəqib qapısına yol tapıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO