Şakira Pikenin anası ilə DALAŞIB – DETALLAR

Şakira Pikenin anası ilə DALAŞIB – DETALLAR

Hazırda oxunan: Şakira Pikenin anası ilə DALAŞIB – DETALLAR

127452

Dünya pop səhnəsinin ulduzu Şakira keçmiş sevgilisi Jerar Pikenin anası Montserrat Bernabeunla dalaşıb. Buna səbəb kimi Montserratın oğlunun xəyanətini gizlətməyə kömək etməsi göstərilir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "El Popular" nəşri yayıb.

Mənbə yazır ki, Pike 23 yaşlı sevgilisi, tələbə Klara Çiyanla anasının Kabrilsdəki evində tanış olub.  

Hətta Montserrat Pikenin xəyanətindən şikayətlənən 46 yaşlı Şakiraya təsəlli verib. Xatırladaq ki, Pikedən ayrıldıqdan sonra Şakira bir neçə dəfə keçmiş sevgilisinin xəyanətindən danışıb, onu tənqid edib və hətta yeni mahnısında sevgililəri ələ salıb.  

Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə 2010 FIFA Dünya Kubokunun himni olan “Waka Waka” mahnısının çəkilişləri zamanı tanış olublar. Cütlük vətəndaş nikahında yaşayıb və iki oğul böyüdüb - doqquz yaşlı Milan və yeddi yaşlı Saşa.  
2022-ci ilin yayında 12 illik evlilikdən sonra məşhurlar ayrılıb. Ayrılmaya səbəb isə Pikenin Klara Çiya adlı xanımla Şakiraya xəyanət etməsi olub. Onların tezliklə toyları olacaq.  


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO