Xaricdə doktorantura təhsili ilə bağlı RƏSMİ AÇIQLAMA 

Xaricdə doktorantura təhsili ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Xaricdə doktorantura təhsili ilə bağlı RƏSMİ AÇIQLAMA 

127436

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir. Proses 1 aprel 2023-cü il tarixində yekunlaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını 2023-cü il üzrə həyata keçirilən ilk sənəd qəbulunda iştirak etməyə dəvət edir.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yaranarsa, FAQ/MVS və ya [email protected] elektron poçt ünvanına müraciət etmək mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO