Atletimiz dünya birinciliyində 7-ci yeri tutdu

Atletimiz dünya birinciliyində 7-ci yeri tutdu

Hazırda oxunan: Atletimiz dünya birinciliyində 7-ci yeri tutdu

127307

25 mart – 1 aprel tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyinə start verilib. 

Bizim.Media xəbər verir ki, 60-dan çox ölkədən 322 (166 kişi + 156 qadın) atletin qatılacağı yarışda Azərbaycan atletləri də qüvvələrini sınayırlar.

Onlardan ilk olaraq körpücük üzərinə Dəniz Cabbarlı çıxıb.

O, 55 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində 92 kq, təkanla qaldırma hərəkətində isə 113 kq-ı ram edib.

Toplam 205 kq (92+113) nəticə göstərən atletimiz yekun sıralamada 7-ci yeri tutub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO