İsraildə məhkəmə islahatlarına qarşı mitinq keçirildi - VİDEO

İsraildə məhkəmə islahatlarına qarşı mitinq keçirildi - VİDEO

Hazırda oxunan: İsraildə məhkəmə islahatlarına qarşı mitinq keçirildi - VİDEO

127293

Ölkənin bir çox şəhərində yüz minlərlə İsrail sakini Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz etmək üçün keçirilən ümummilli nümayişdə iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Times of Israel" qəzeti xəbər verib.

Təl-Əvivdə 200 minə yaxın insan, eləcə də Qüds, Hayfa və Beer Şeva kimi şəhərlərdə on minlərlə insan aksiyaya çıxıb.

Etiraz təşkilatçıları mitinqlərə ümumilikdə 630 mindən çox insanın qatıldığını bildirsələr də, qəzet qeyd edib ki, bu rəqəmləri müstəqil şəkildə təsdiqləmək mümkün deyil.

Aksiyalar zamanı xuliqanlıq etdiyinə görə onlarla insan saxlanılıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO