Qaradağ rayonu Ələt qəsəbəsində qətl törədən şəxs tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, martın 25-də saat 20 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində evlərin birində 1974-cü il təvəllüdlü Dəyanət Tapdıq oğlu Cəfərovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlaması barədə polisə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Qaradağda üzərində zorakılıq əlamətləri olan meyit AŞKARLANDI
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən həmin qəsəbə sakini, 1989-cu il təvəllüdlü Şahin Ehtibar oğlu Quliyev tutularaq istintaqa təhvil verilib.
Bizim.Media