Dmitri Medvedevdən SENSASİON ETİRAF: “150 ildə ilk dəfədir ki, biz təkik”

Dmitri Medvedevdən SENSASİON ETİRAF: “150 ildə ilk dəfədir ki, biz təkik”

Hazırda oxunan: Dmitri Medvedevdən SENSASİON ETİRAF: “150 ildə ilk dəfədir ki, biz təkik”

127147

Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkəsinin düşdüyü çıxılmaz durumla bağlı bir sıra açıqlamalar verib. O, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatlardan danışarkən etiraf edib ki, bu əməliyyatlar Rusiyada bəzi problemləri üzə çıxarıb.

“Ukraynada hərbi əməliyyatlar onu göstərdi ki, Rusiyada bəzi qurumlar buna hazır deyilmiş”.

Bizim.Media Rusiyanın teleqram kanallarına istinadən bildirir ki, Medvedevin digər etirafı ölkəsinin dünyada təklənməsi ilə bağlı olub. 

“Biz unikal vəziyyətdəyik. Bunu nə ilə müqayisə edəcəyimi də bilmirəm. 1920-1930-cu illərdə Sovet İttifaqı. O zaman Varşava Müqaviləsi yarandı. Çar rejimi, imperiya olanda da bizim müttəfiqlərimiz var idi, onlar dəyişdi – Almaniya, Fransa, fərqi yoxdur, sonra Antanta –biz tək deyildik. Ancaq indi ən azı 150 ildə ilk dəfədir ki, biz təkik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO