Kür Xəzərə qovuşdu – Çayda suyun səviyyəsi 1.7 metr qalxıb

Kür Xəzərə qovuşdu – Çayda suyun səviyyəsi 1.7 metr qalxıb

Hazırda oxunan: Kür Xəzərə qovuşdu – Çayda suyun səviyyəsi 1.7 metr qalxıb

127143

Kür çayında suyun səviyyəsi ötən günlərdən başlayaraq 1,7 metr qalxıb. Çayboyu quraşdırılmış su nasos stansiyaları məhsuldar işləməyə başlayıblar. 

Bizim.Media xəbər verir ki, çayın aşağı axınlarında, xüsusilə Salyan və Neftçala rayonları ərazisində içməli su, həmçinin kənd təsərrüfatının suvarılması baxımından son vaxtlar ciddi problemlər yaşanırdı.

Son günlər Kür çayının səviyyəsində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Belə ki, çay suyu Xəzər dənizinə birləşdiyi ərazidə quraşdırılan suaşıran bəndləri keçərək yenidən dənizə qovuşmağa başlayıb. Həmçinin Kürün deltasında yaradılan balıqkeçiricələrdə də kifayət qədər su yığılıb. Bu da balıqların kürüləmək üçün Kür çayına maneəsiz daxil olmasına imkan yaradır. 

Hazırda Salyan və Neftçala rayonları ərazisində çay sahilində yaşayan sakinlərin içməli su problemi qaydasına düşür. Kürdə suyun səviyyəsi daha da qalxarsa, sakinlər yaranan problemi geridə qoyacaq. 
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Neftçala Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Pənah Mehnətovun sözlərinə görə, rayonun əkin sahələrinin suvarılmasında yaranan problemlər aradan qalxır. Hazırda sahələri suvarmaq üçün istifadə edilən kanallar nasos stansiyaları vasitəsilə qidalandırılır. Nasoslar növbəlilik prinsipi ilə işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO