Elçin Əmirbəyov: “Ermənistan 4 aydan çoxdur sülh prosesini əngəlləyir”

Elçin Əmirbəyov: “Ermənistan 4 aydan çoxdur sülh prosesini əngəlləyir”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Ermənistan 4 aydan çoxdur sülh prosesini əngəlləyir”

126982

“İrəvan anlamalıdır ki, sülhün alternativi yoxdur, Azərbaycan və Ermənistan düşmənçilik və qarşıdurma səhifəsini çevirərək yenidən mehriban qonşu olmalıdırlar”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İtaliyanın nüfuzlu “Faro di Roma” onlayn qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə Ermənistan 4 aydan artıqdır ki, sülh prosesini əngəlləyir, Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edir:

“Atəşkəs haqqında sazişin bağlanmasından 2 il sonra Ermənistan silahlı qüvvələrini geri çəkməkdən imtina edərək, onun müddəalarını kobud şəkildə pozmaqda davam edir. Ermənistan 10 minə yaxın silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaqdan imtina edərək, onun müddəalarını kobud şəkildə pozmaqda davam edir.
Bundan əlavə, Ermənistan Azərbaycanın suveren ərazisində qeyri-qanuni hərbi mövcudluğunu daha da gücləndirmək üçün Laçın yolundan qanunsuz olaraq silah, piyada əleyhinə minalar və hərbi qulluqçuların ötürülməsi üçün istifadə edir. Bütün bunlar regionda mövcud vəziyyəti çox təhlükəli edir”, - deyə Əmirbəyov Ermənistanı revanşist mövqedən çəkinməyə və Azərbaycanla danışıqlar masasına qayıtmağa çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO