Novruzun ilk çərşənbəsi - “Su çərşənbəsi”! Sularınız axar olsun!

Novruzun ilk çərşənbəsi - “Su çərşənbəsi”! Sularınız axar olsun!

Hazırda oxunan: Novruzun ilk çərşənbəsi - “Su çərşənbəsi”! Sularınız axar olsun!

12681

Bu gün Novruz ilk  elçisi “Su çərşənbəsi” mübarək qədəmləri ilə ölkəmizə daxil olur. 

Folklorşünas Atəş Əhmədov söyləyir ki, “Su çərşənbəsi”nin ilk olması təsadüfi deyildir. Su dünyanın yaranmasının ilk əlamətidir:

“İlk canlı aləm suda yaranıb və burada yaşayıb. Suyun həyat mənbəyi olmağı ümumiyyətlə bəşəriyyətin yaranması ilə bağlıdır.

Bu bütün düşünclərdə də belədir. “Bir qətrə sudan yarandı insan” bu kimi fikirlər var. Buna  təkcə su çərşənbsi yox həm də "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar.

“Su çərşənbəsi”nin özəlliyi ödur ki, Novruz Bayramında insanlar bu çərşənbədə həm də suyun da üstündən tullanırlar.

Əgər çərşənbə suyunun üzərindən insanlar tullanarlarsa yoxsuluq, xəstəliyi üzərlərindən atmış olurlar. Deyilənlər görə, çərşənbə suyu ilə həyət-baca təmizlənər, bulaqdan gətirilən su evlərə çilənər imiş. Bu adətdə o mənaya gəlir ki, evlər xeyirli - bərəkətli, ruzili olar imış”. 

Folklorşünas söyləyir ki, növbəti bir adətdə hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləməsi ilə bağlıdır.

Başqa bir mənbələrdə isə deyilir ki, xalqın inamına görə, Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su ilə bağlı inanclarda deyilir:

Süfrəyə su dağılması aydınlıqdır,

Su içən adamı qəfil vurmazlar,

Su içən adamı ilan çalmaz,

Lal axan sudan keçərkən suyum irəlilə deyərlər

Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur:

Su ehsandır,

Su murdarlıq götürməz,

Su olan yerdə dirilik olar.

“Su çərşənbəniz” mübarək olsun!

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO