İspaniyanın "Barselona" klubu yay transfer dönəmində 3 ulduz futbolçu transfer edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Kataloniya təmsilçisində prezidentliyə namizədlərdən Toni Freyksa "Marca"ya açıqlamasında bildirib.
Funksioner seçiləcəyi təqdirdə, transferlərə ayrılacaq məbləği də açıqlayıb:
"Kluba 250 milyon avro verməyə hazır olan investorla razılaşdıq. Bununla da növbəti mövsüm hücum və müdafiə xətti üçün 3 ulduz futbolçu ilə müqavilə bağlaya biləcəyik".
Freyksa "Bunlar Erlinq Holann və Kilian Mbappe ola bilərmi" sualına isə belə cavab verib:
"Hazırda konkret hansısa oyunçu ilə danışmırıq".
Qeyd edək ki, "Barselona"da prezident seçkiləri martın 7-də olacaq.
Bizim.Media
![\ \](https://bizim.media/file/articles/2021/02/22/1613999695_1-kcur-kcur.jpg)
- A-
- A
- A+
İdman
17:12 / 22.02.2021
\"Barselona\" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər
Hazırda oxunan: \"Barselona\" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər
Hazırda oxunan: \"Barselona\" 250 milyon avroya 3 ulduz futbolçu ala bilər
12676
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.