Türkiyə

Türkiyə "Azab" adlı yeni PUA-nın istehsalına BAŞLADI - VİDEO

Hazırda oxunan: Türkiyə "Azab" adlı yeni PUA-nın istehsalına BAŞLADI - VİDEO

126743

Türkiyə yeni pilotsuz döyüş aparatları ilə gündəmə gəlir.

Pilotsuz uçuş aparatları, pilotsuz döyüş təyyarələri kimi yerli layihələrlə dünya bazarında mühüm yer tutan Türkiyə müdafiə sənayesi yeni layihələrlə gündəmə gəlir.

Bizim.Media xəbər verir ki, ölkənin Robit Teknoloji İnsansız Uçuş Aparatları Direktoru Selçuk Fırat verdiyi açıqlamada artıq yeni pilotsuz döyüş aparatları yaratdıqlarını deyib: 

“15 illik tarixə malik şirkətimiz əsasən informasiya və informasiya təhlükəsizliyi sahələrində fəaliyyət göstərib. Ancaq son iki ildə müdafiə sahəsi ilə bağlı layihələr işləyirik”.

O bildirib ki, “Azab” adını verdikləri yeni çoxməqsədli kamikadze pilotsuz döyüş apartı hazırlayıblar.

Qeyd olunub ki, aparatın döyüş başlığını istənilən şəkildə dəyişdirmək və inteqrasiya etmək mümkündür:

"Onun 2 qanadları olan - 150 və 200 santimetrlik versiyaları var. 200 düyümlük "Azab" 15 kiloqrama qədər faydalı yük daşıya bilir, 50 kiloqramla havaya qalxır. 150 düymlük "Azab"ın çəkisi 7 kiloqramdır və 3 kiloqram yük daşıya bilir. Eyni zamanda verdiyiniz GPS koordinatları ilə birbaşa hədəfinə çata və məhv edə bilər", -deyə şirkət rəhbəri açıqlayıb. 

Aygün İbrahimli, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO