Yarım milyonluq qızılı ölkəyə qanunsuz KEÇİRMƏK İSTƏDİ - FOTO

Yarım milyonluq qızılı ölkəyə qanunsuz KEÇİRMƏK İSTƏDİ - FOTO

Hazırda oxunan: Yarım milyonluq qızılı ölkəyə qanunsuz KEÇİRMƏK İSTƏDİ - FOTO

126643

Bu gün Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla külli miqdarda qızıl-zinət əşyalarının ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Komitənin məlumatında bildirilir.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisindəki gömrük zonasını “yaşıl kanal” buraxılış sistemi vasitəsilə tərk etmək istəyib. 

Həmin şəxsi gömrük əməkdaşı "Qırmızı kanal"a yönləndirib, onun üzərinə və əşyalarına baxış keçirilib. Rentgen qurğusunda vətəndaşa məxsus çantada qızıl-zinət əşyalarının təsviri görünüb. 

Yoxlama zamanı çantada gömrük orqanına yazılı və ya şifahi qaydada bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birgə ümumi çəkisi 4 kq 700 qram, təqribi dəyəri 420 000 AZN olan qızıl-zinət əşyaları aşkar olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO