Xalq artisti Aygün Kazımova ifaçı qızı İlqarədən söz açıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində övladının səhnədə, tamaşaçıların gözü önündə böyüdüyünü söyləyib.
“İlqarə məni ötüb-keçib. Qızım məndən uzundur, maşallah. İlqarə səhnədə böyüdü. 4 yaşı olanda Heydər Əliyev Sarayında mənimlə birlikdə konsertlərimdə çıxış etməyə başladı. Hansı ki, böyük ulduzların olduğu “Aygün şou”da qızım çıxış edirdi. Gözümüzün önündə böyüdü, 32 il keçib, amma sanki hər şey dünən olub…”
A.Kazımova qızına qadağalar qoymadığını bildirib:
“Həddindən artıq üstündə təpinmək olmaz, o da bir insandır, öz dünyası, həyatı var. Bir ana kimi, əlbəttə, vaxtında nələrsə demişəm. Amma o azadlığı əlindən almamışam və düşünürəm ki, almayacam da”.
Rəşad Əliyev, Bizim.Media